Röyanın qardaşını "O səs Türkiyə"də bəyənmədilər

"O səs Türkiyə"nin növbəti buraxılışında müğənni Röyanın qardaşı İsmayıl Nəcəfov səhnəyə çıxıb.SİA-nın verdiyi xəbərə görə, İsmayıl Özcan Dənizin repertuarından "Nasip Değilmiş" mahnısını ifa edib.

Münsiflər heyətindən heç kim həmyerlimizə tərəf dönməyib. Sonda müğənni Murad Boz dönmədiyi üçün peşman olduğunu deyib. Aparıcı Acun İlicalı isə onu növbəti il yenidən çağıracaqlarını qeyd edib.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcılığı ilə yayımlanan yarışmanın münsiflər kürsüsündə müğənnilər Ebru Gündeş, Hadisə, Gökhan-Hakan Özoğuz və M.Boz əyləşir.

Digər layihələrimiz


Tərəfdaşlarımız