HAQQIMIZDA

Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri - “Səs” Media Qrupuna daxil olan Səs İnternet Televiziyası (SƏS TV) 11 yanvar 2011-ci ildə yaradılıb. Fasiləsiz olaraq Azərbaycan (gələcəkdə ingilis və rus) dilində tamaşaçılarla görüşə gələn SƏS TV ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə “on-line” xəbər xidməti göstərir və ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ görüntülər yayır.

Agentlik abunəçilərinə gündəlik video-xəbərlər, analitik təhlillər, proqnozlar, xüsusi videogörüntülər təqdim edir. Regionun etimad qazanmış media şirkətləri sırasında olan SƏSTV-nin peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət yaradıcı qrupu verilişlər, reportajlar hazırlayır, monitorinqlər keçirir. SƏSTV ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Multimedia və videoxəbər xidməti SƏS TV müxtəlif layihələr hazırlayır.

SƏSTV xarici ölkələrin media qurumları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən SƏSTV Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında xüsusi rol oynayır.

SƏSTV-nin redaksiyası Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi-66 ünvanında yerləşir.