Amil Musayev erməni əsirliyində başına gələnlərdən danışdı

1 Yanvar 2021 16:57 (UTC+04:00)

Amil Musayev erməni əsirliyində başına gələnlərdən danışdı

Erməni əsirliyindən azad olunan Amin Musayev evinə qayıdıb

Erməni əsirliyindən azad olunan Azərbaycan Ordusunun hərbçisi Amin Musayev xəstəxanadan evə buraxılıb. Qələbə sevincini qanı, canı bahasına torpaqlarımızı azad edən qəhramanlarımız yaşatdı bizə. Belə qəhramanlarımızdan biri də Şuşa ətrafında gedən döyüşlərdə yaralanaraq erməni silahlı birləşmələrinə əsr düşən Amil Musayevdir. Amil Musayev artıq ötən gün öz evlərinə buraxılıb, yeni il bayramını ailəsi ilə birlikdə keçirib. Amilin hazırda səhhəti normaldı.

Qeyd edək ki, Amil Musayev Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsi zamanı yaralı vəziyyətdə erməni silahlı bölmələri tərəfindən Şuşa ətrafında əsir götürülmüşdü.