Koronavirusa qarşı dərman daşıyan təyyarə qəzaya uğrayıb ŞƏRHSİZ

30 Mart 2020 10:28 (UTC+04:00)

Filippinin paytaxtı Maniladakı "Ninoy Akuino" beynəlxalq hava limanında "Lion Air" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.

Qeyd olunub ki, ölkənin Səhiyyə Departamentinin kirayələdiyi təyyarə Tokioya yeni koronavirusa qarşı dava-dərman daşımaq üçün yola düşərkən uçuş zolağında aşaraq qəzaya uğrayıb. Təyyarədə iki pilot, bir kabinə heyəti, bir xəstə, bir xəstə baxıcısı, bir tibb bacısı, bir həkim, bir də uçuş tibbi heyət üzvü vardı.