Cəbhə bölgəsində yerləşən artilleriya bölmələri döyüş atışlı təlimlər keçirib

11 Aprel 2019 13:31 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.

Təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.