UEFA Millətlər Liqasında ikinci turun oyunları keçirilib.
B liqasında yarışan Türkiyə İsveçin qonağı olub. “Ay-ulduzlular” ilk görüşündə doğma divarlar arasında Rusiyaya uduzub. Bu səbəbdən də səfərdə Türkiyə yığması mütləq qalib gəlməli idi. Türklər çətinliklə də olsa, bu işin öhdəsindən gəlib. Matç ərzində 0:2 geridə olan Mirça Luçeskunun komandası əzmkar oyunla 3 qol vuraraq qələbə qazanıb - 3:2.