“Günnüt zəfəri”ndən 1 il ötür

23 May 2019 09:18 (UTC+04:00)

2018-ci ilin may ayında Azərbaycan Ordusunun Naxçıvan istiqamətində həyata keçirdiyi uğurlu “Günnüt əməliyyatı”ndan bir il ötür. 11 min hektar ərazimizin düşmən nəzarətindən azad edilməsi Azərbaycan əsgərinin tarixi zəfəridir. Naxçıvan televiziyasının əməkdaşları bu əlamətdar hadisə münasibətilə “Günnüt zəfəri” adlı videoçarx hazırlayıb.