Erməni qatil Qazaxıstan polisinə şərtlərini açıqladı

8 Yanvar 2019 16:20 (UTC+04:00)

Qazaxıstanın Daxili İşlər Nazirliyi Karakandıda baş vermiş qətl cinayətinə görə, axtarışda olan erməni Ququryanı könüllü şəkildə təslim olmağa çağırıb. Qazaxıstanın zakon.kz saytına açıqlama verən DİN-in daxili və xarici kommunikasiyalar departamentinin direktoru Almas Sadubayeva 23 yaşlı qazax gəncin öldürülməsi cinayətində şübhəli şəxs olaraq saxlanılanların sayı 8 nəfərə çatıb, lakin bir nəfər – Ququryan hələ ki, azadlıqdadır və axtarışa verilib.

İnsidentin DİN tərəfindən xüsusi nəzarətə götürüldüyü bildirilir.

Bu arada, qatil Ququryan sosial şəbəkəyə çıxaraq, hüquq mühafizə orqanlarına təslim olması şərtlərini çatdırıb. O, istintaqın şəffaf keçiriləcəyi halda, könüllü olaraq polisə təslim olacağını deyib. Eyni zamanda görünən budur ki, qatil bu dəfə də əsl erməni xisləti göstərərək, guya cani olmadığını iddia edir.