Hərbi birlikdə döyüş atışlı gecə təlimi keçirilib

26 Dekabr 2018 17:10 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib.

Ssenariyə uyğun olaraq, təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.