“Xalq layihəsi” adı ilə yeyilən qrantlar: Özlərini ifşa etdilər - (FAKTLAR)

29 Noyabr 2018 09:47 (UTC+04:00)

Artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində xarici anti-Azərbaycan dairələrinin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərmiş, sifariş yerinə yetirirmişlər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub.

Son olaraq, Fransada mühacir həyatı yaşayan blogger Məhəmməd Mirzəli Almaniyadan sığınacaq alan Tural Sadıqlı barədə öz facebook səhifəsindəki canlı yayımda ittihamlar irəli sürüb. Həmin videoada M.Mirzəli bunları deyib