Erməni bloqer Filipp Ekozyans həmyerlilərinə Azərbaycanın qədim dövlət olduğunu sübut edib - VİDEO

20 Noyabr 2018 10:06 (UTC+04:00)

Ukraynalı araşdırmaçı, tarixçi, məşhur bloqer (milliyətcə erməni olan) Filipp Ekozyans yaydığı videoçarxda Ermənistan “alimlərinə” və Azərbaycanın xəritədə yenicə peyda olmasını, əvvəllər isə belə adın olmamasını iddia edən həmyerlilərinə müraciət edib. O nəinki bu uydurmaları rədd edir, həm də bacarıqla, faktlar əsasında sübut edir ki, həm bu ad, həm də bu adlı ölkə qədim tarixi köklərə malikdir.