Sofiya iki gün “ASAN xidmət”in qonağı olacaq

23 Oktyabr 2018 17:52 (UTC+04:00)

“Sofiya robotu Azərbaycanda ilk dəfə oktyabrın 22-də İmişli rayonunda “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub”. SİA-nın verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Şöbə müdirinin sözlərinə görə, “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib: “Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var. “ASAN xidmət” hər zaman ilklərə imza atıb. Belə ki, ilk dəfə olaraq dünyaca məşhur Sofiya robotunu Azərbaycana gətirdik. Robot mərkəzdə könüllü kimi fəaliyyət göstərib. Sofiya iki gün “ASAN xidmət”in qonağı olacaq. Gələcəkdə Sofiyanın iştirak edəcəyi görüşlərdə və beynəlxalq tədbirlərdə “ASAN xidmət” modelini təbliğ etməsi ilə bağlı danışıqlar aparılır