“Barselona” - “Atletiko”

5 Mart 2018 09:24 (UTC+04:00)

Bu gün İspaniya La Liqasının 27-ci turunda “Barselona” “Atletiko”nu qəbul edib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu matçın 26-cı dəqiqəsində Lionel Messi vurub.
Qeyd edək ki, bu qələbə ilə xalını 69-a çatdıran Kataloniya klubu liderliyini bir qədər də möhkəmləndirib. “Atletiko” isə 61 xalla 2-ci pillədədir.