Trapmın binasında yanğın

8 Yanvar 2018 17:21 (UTC+04:00)

Nyu-Yorkda “Trump Tower"in damında yanğın olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılan videoda binanın damında alov deyil, sadəcə ağ tüstünün olduğu görünür.

Məlumatlara görə, yanğına binanın damında yerləşən kabellərdə qısaqapanma səbəb ola bilər.

Hazırda hadisə yerində yanğınsöndürənlər çalışır. Hadisə nəticəsində ziyan çəkən yoxdur. ABŞ prezidenti hadisə zamanı sözügedən binada olmayıb.