İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb

13 Noyabr 2017 09:45 (UTC+04:00)

200 nəfər ölüb, 1600 nəfər xəsarət alıb.

Yerli mətbuatın yazdığına görə, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşmişdir. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı tiranlar qeydə alınıb.

Hazırda xilasetmə işləri davam edir. Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.

İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı oldu.