Çempionlar Liqasında həftənin ən gözəl qolu

3 Oktyabr 2017 09:36 (UTC+04:00)

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı qolu seçilib.

UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Real"ın futbolçusu Qaret Beylin Dortmund “Borussiya”sının qapısından keçirdiyi qol həftənin ən yaxşısı olub.

Uelsli hücumçu 23 faiz səs toplayıb. “Seltik”in yarımmüdafiəçisi Skott Sinkleyrin qolu 22, Moskva “Spartak”ının yarımmüdafiəçisi Fernandaonun qolu isə 19 faiz səs toplayıb.