London metrosunda partlayışda yaralananların sayı artıb

15 Sentyabr 2017 15:03 (UTC+04:00)

London metrosunda baş verən partlayış zamanı çoxlu sayda insan müxtəlif yanıq xəsarətləri alıb.

Hadisə zamanı ən az 20 nəfərin yaralandığı deyilir.

Partlayışla əlaqədar əraziyə 58 yanğınsöndürən briqadası cəlb edilib.

Hadisənin terror olduğu ehtimal edilir.