Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb

12 Avqust 2017 13:35 (UTC+04:00)

Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

İsgəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultanın sözlərinə görə, qəzaya maşinistin səhvi səbəb olub. "Maşinistlərdən biri yola növbəti qatar daxil olduqda semaforun qadağan siqnalını görməyib”, deyə M.Sultan bildirib.

Qeyd edək ki, ötən gün yerli saatla 14:15-də Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb.