Əli Əhmədov İcbari tibbi sığorta məsələsinə aydınlıq gətirdi

14 İyun 2017 18:02 (UTC+04:00)

“Mingəçevir və Yevlaxda icrabi tibbi sığorta ilə bağlı ödənişin, haqqın müəyyənləşdirilməməsi bunun bu iki bölgədə pilot layihə kimi həyata keçirilməsi ilə bağlıdır”. Səs TV-nin verdiyi məlumata görə, bunu bu gün Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Sədr müavininin sözlərinə görə, icrabi tibbi sığorta bütün Azərbaycanda tətbiq olunmağa başlayanda müvafiq haqlar açıqlanacaq: “Bu haqlar, ödənişlər elə səviyyədə olmalıdır ki, birincisi icbari tibbi sığortanın maliyyə bazasını təmin etsin. Yəni dövlətlə bərabər icbari tibbi sığorta haqları da icbari tibbi sığortanın həyata keçirilməsi üçün maliyyə bazasını yaratmalıdır. İkincisi, həmin ödənişlər, haqlar insanlar üçün yükə çevrilməməli, onlar üçün məqbul səviyyədə olmalıdır. Biz hazırda bunun üzərində çalışırıq”.