Azərbaycan yığması Millətlər Liqasında ilk oyununa çıxıb

Futbol üzrə Millətlər Liqasında ilk turun oyunları davam edir. Ötən gün Azərbaycan yığması da turnirdəki ilk matçına çıxıb.
Millimizin turnirdəki debüt görüşü Kosovoya qarşı olıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu matç, həm də Qurban Qurbanovun Azərbaycan millisindəki baş məşqçi kimi ilk rəsmi oyunu olub. Qeyd edək ki, yığmamız növbəti görüşünü sentyabrın 10-u səfərdə Maltaya qarşı keçirəcək.

Millət Liqası, D liqası

III qrup, I tur

7 sentyabr

20:00. Azərbaycan - Kosovo - 0:0
Hakimlər:
Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland (Norveç)
Bakı Olimpiya Stadionu

Müəllif: Cabir Məmmədov