"Qarabağ" 4-cü dəfə Avropa Liqasının qrup mərhələsində

Ötən gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində təmsilçimiz “Qarabağ” cavab matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməli idi. 3:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi tarixində 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Xatırladaq ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrupunda oynamışdı. 30 avqust Avropa Liqası Pley-off mərhələsi 21:00. "Qarabağ” (Azərbaycan) - "Şerif” (Moldova) - 3:0 Qollar: Maksim Medvedev, 9, Donald Gerrye, 42, Filip Ozobiç, 55 İlk oyun – 0:1 Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu