Topaz Premyer Liqasında mövsümün medalçıları mükafatlandırılıb

Topaz Premyer Liqasında 2017/2018 mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.

"Azərsun Arena"da keçirilən mərasimdə üçüncü yerin sahibi "Neftçi", mövsümü ikinci sırada tamamlayan "Qəbələ" və çempion "Qarabağ"ın üzvləri müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif olunublar. Eyni zamanda 13 qolla Premyer Liqanın bombardiri olan "Qəbələ"nin hücumçusu Baqali Daboya xüsusi mükafat verilib.