“Kristal Palas” - “Mançester Yunayted”

İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

Son oyun günündə “Mançester Yunayted” səfərdə autsayderlər qrupunda yerləşən “Kristal Palas”la qarşılaşıb.

“Mankunyanlar” oyun ərzində 0:2 hesabı ilə məğlub duruma düşsə də, daha sonra 3 qol vuraraq qələbə qazanıb. Bununla da Joze Mourinyonun komandası xalını 62-yə çatdıraraq 2-ci pilləyə yüksəlib.

"Kristal Palas" - "Mançester Yunayted" - 2:3
Qollar
: Tounsend, 11 (1:0), van Anholt, 48 (2:0), Smollinq, 55 (2:1), Lukaku, 76 (2:2), Matiç, 90+1 (2:3)