İspaniya La Liqasının 26-cı turunda "Leqanes"i qəbul edən "Atletiko" 4:0 hesabı ilə qalib gəlib. Qolların hamısını Madrid klubunun hücumçusu Antuan Qrizmann vurub.
Qeyd edək ki, bu qələbə ilə xalını 61-ə yüksəldən Dieqo Simeonenin komandası 2-ci pillədəki mövqeyini möhkəmləndirib.