İtaliya kubokunda ilk finalçının adı bəlli olub.
Yarımfinalın cavab matçında "Yuventus" və "Atalanta" klubları üz-üzə gəlib.
Görüş Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də eyni hesabla qalib gələn "Yuventus" adını finala yazdırıb.
Qeyd edək ki, "qoca sinyora" mayın 9-da keçiriləcək finalda "Latsio" - "Roma" cütünün qalibi ilə qarşılaşacaq.