Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununda Rusiyanın "Kuban" klubu ilə qarşılaşıb.
2:2 hesabı ilə nəticələnən matçın ilk hissəsinin sonunda maraqlı hadisə baş verib.
“Qəbələ”nin sabiq futbolçusu Aleksey Qayın Miçelə qarşı hərəkətini qayda pozuntusu kimi qiymətləndirən görüşün baş hakimi “Kuban”ın qapısına penalti təyin edib. Ancaq “Qarabağ”ın oyunçuları hakimin qərarı ilə razılaşmayıblar.
Topa yaxınlaşan Mahir Mədətov onu qəsdən kənara vurub.