UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ” klubundan reportaj hazırlayıb. Qitə futbol qurumunun hazırladığı reportajı Rusiyanın “Matç TV” kanalı yayımlayıb.

Reportajda “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov və kapitan Rəşad Sadıqovun müsahibəsi yer alıb, Ağdam təmsilçisinin tarixindən və işğal olunmuş torpaqlardan söz açılıb.

Müəllif: Cabir Məmmədov