Çempionlar Liqasının qrup mərhələsində “Yuventus”u qəbul edən “Barselona” 3:0 hesablı qələbə qazanıb.
Bu görüş “Barsa”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub. İndiyə qədər heç vaxt “Yuventus”un qapısına yol tapa bilməyən argentinalı hücumçu bu görüşdə dubl edib.
Qeyd edək ki, bu, Messinin “Yuventus”a qarşı 4-cü oyunudur.

Müəllif: Cabir Məmmədov