Türkiyə superkubokunun sahibi bəlli olub

Türkiyə Superkubokunu “Konyaspor” qazandı

Ötən gün Türkiyə superkubokunun qalibi bəlli olub.
Ölkə çempionu “Beşiktaş” kubokun sahibi “Konyaspor”la qarşılaşıb.
Görüşdən əvvəl “Qara qartal” favorit olsa da, kuboku “Konyaspor” qazanıb.

Türkiyə Superkuboku

6 avqust

“Beşiktaş” - “Konyaspor” 1:2
Qollar: Traore, 33 (0:1), Tosun, 77 (1:1), Skubiç, 90+1 (1:2)

Müəllif: Cabir Məmmədov