“Qəbələ”nin rəqibi ilk oyuna qələbə ilə başladı

Futbol üzrə Polşa çempionatına start verilib. İlk oyun günündə "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Yagelloniya" "Termalika"nın qonağı olub. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1. "Yagelloniya"nın yeganə qolunu 47-ci dəqiqədə penaltidən Lukaş Sekulski vurub.

Qeyd edək ki, "Qəbələ" və "Yagelloniya" arasında Bakıda keçirilmiş ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Cavab görüşü iyulun 20-də olacaq.