Rusiya superkubokunun qalibi bəlli olub

Rusiya superkubokunun qalibi bəlli olub.
Həlledici oyunda çempion “Spartak”la ölkə kubokunun sahibi “Lokomotiv” üz-üzə gəlib.
Moskva klublarının qarşıdurmasından “Spartak” qalib ayrılıb – 2:1.
Qeyd edək ki, bu, “Spartak”ın tarixində ilk superkubokdur. Paytaxt klubu buna qədər üç dəfə (2004,2006,2007-ci illər) superkubok oyununa çıxsa da, heç birində qələbə qazana bilməyib.