Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.
İlk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulub.
Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edib.
Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunurdu. Rəqibinə 5 cavabsız qolla qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqəni böykü ölçüdə təmin edib.
11 iyul
Çempionlar Liqası
II təsnifat mərhələsiniin ilk oyunu
21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0
Qollar: Əfran İsmayılov, 10-pen. Dino Ndlovu, 36, 45+1-pen. Donald Gerryer, 81, Miçel, 90+1