Əli Həsənov: "Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük"

“Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz. Heç kim Azərbaycan dövlətini aşağılaya bilməz, dövləti milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib. Əli Həsənov bildirib: "Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük. Dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla güclüyük. Azərbaycan qələm sahibləri - jurnalistləri ilə güclüdür”.

Müəllif: Cabir Məmmədov