Novıy Urenqoy şəhərində yaşamış məşhur azərbaycanlılar

Novıy Urenqoy şəhərində yaşamış məşhur azərbaycanlılar

SX: Serqey Yalov - Qaz Sənaye Texnikumunun direktoru

- Mən Yalov Serqey Viktoroviç Qaz Sənaye Texnikumunun direktoruyam. Bizim texnikumumuz yetişdirici texnikumdur. Biz tələbələri hazırlaşdıran zaman təkcə onların savadını yox, həm də onların cəmiyyət üçün xeyirli və lazımlı insan kimi yetişməsi üçün çalışırıq. Şagirdlərin fədakarlıq günündə biz həmişə Azərbaycanın böyük elm və ictimai xadimi Sabit Atayeviç Orucov adına meydanda mitinqlər keçirir, şagirdlərə onun necə insan olduğunu, qaz sənayesində SSRİ də ikinci nazir olduğu haqqında, Novıy Urenqoy şəhərində olan qaz əyalətinin tikintisində böyük rolu olduğu haqqında məlumat veririk. Buna görə də onun heykəli Qaz Sənaye Texnikumunun yanında qoyulub.

- Sabit Atayeviçin yaradıcılığı və şəxsiyyəti haqqında danışa bilərsiniz?

- Sabit Atayeviç öz əmək yolunu BRAU ustalığından başlamışdır. O öz sahəsində güclü inkişaf edirdi və vəzifə cəhətdən ən uca yerləri tuturdu və 1982-ci ildən başlayaraq o, Neft Qaz nazirliyinə rəhbərlik edirdi. O illərdə Novıy Urenqoy şəhərində qaz və neft yataqlarının tikilməsi haqqında qərarlar və təkliflər olunurdu. Bu qərarların verilməsində, yataqların tikilməsində Sabit Atayeviçin böyük əməyi olub.

SX: Dilman Əhmədov - Qaz Sənaye Texnikumunun tələbəsi

- Salam, mənim adım Əhmədov Dilmandır.

Mən Qaz Sənaye Texnikumunun tələbəsiyəm, 4-cü kursda oxuyuram, maşinist texnoloqam. Mən artıq 4 ildir ki burada təhsil alıram və texnikumun ən yaxşı tələbələrindən biriyəm, əlaçıyam. tələbə sovetinin sədriyəm, şəhər gənclər sovetinin üzvüyəm, fəalam, könüllüyəm, “Nə harada nə vaxt” komandasının intellektualıyam. Özüm Azərbaycanın Şəmkir rayonunda doğulmuşam. Məqsədim həmişə irəliləmək, hədəfə çatmaq və ən əsası Azərbaycan millətinin adını ucaltmaqdır.

- Sabit Atayeviç haqqında nə danışa bilərsən?

- Sabit Atayeviç bizim millətin elm xadimi, dahi şəxsiyyətlərindən biridir. Onun sayəsində indi Novıy Urenqoy şəhəri, Rusiyanın qaz paytaxtı adlandırılır. Bu həm mənim üçün, həm də bizim millətimiz üçün böyük fəxrdir.

Əlmaniz Ələkbərli