Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

RİA "Novosti"nin xəbərinə görə, "Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ ağır daşıyıcı raketi ilə göndərilib.

Buraxılış çərşənbə günü Bakı vaxtı ilə gecə saat 02:29-da start götürüb.

Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

Bu, "Ariane-5" raket daşıyıcısı üçün yubiley - sayca 100-cü buraxılış olub. Onun göyərtəsində iki əcnəbi telekommunikasiya peyki – "Azerspace-2" və "Horizons 3e" var. Birinci aparat məlum olduğu kimi Azərbaycana, ikinci isə Yaponiyaya məxsusdur.

“Azerspace-2” Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir.