İtaliyada partlayış baş verib, ölən və yaralananlar var

İtaliyanın Bolonya şəhərində partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 84 nəfər xəsarət alıb. “Report” xəbər verir ki, bu barədə yerli "Repubblika" qəzeti yazıb. Bildirilir ki, 14 nəfər ağır vəziyyətdədir. Partlayış avqustun 6-da sisternli avtomobilin digər maşınlarla toqquşması nəticəsində baş verib.