Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.