Din xadimləri aylıq nə qədər maddi dəstək alacaq? AÇIQLAMA

"İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaq". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, maddi vəsait alacaq din xadimlərinin siyahısı dəqiqləşib: "Siyahıya əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər. Bakı və Bakı ətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib. Yaxın günlərdə maddi vəsait din xadimlərinə ödəniləcək". M. Qurbanlı qeyd edib ki, siyahıda 1000-dən çox din xadiminin adı var: "Naxçıvanda isə 200-ə yaxın din xadimi maddi dəstək alacaq".

Müəllif: Cabir Məmmədov