Rusiyada avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

SİA-nın “İnterfax” Agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin 3 nəfəri uşaqdır.

Qeyd edək ki, Qazaxıstandan gələn avtobusla Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarının toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.