Barselona teraktı nəticəsində xəsarət alanların sayı artıb

Ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışma zamanı məhv edilib.

Son məlumata görə, Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb. “RİA Novosti”nin xəbərinə görə, bu barədə “El Pais” yerli rəsmi qurumlara istinadən məlumat yayıb.

Müəllif: Cabir Məmmədov