İngiltərədə terror: xeyli sayda ölən və yaralanan var

İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.
Rusiya mətbuatının xəbərinə görə, hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.
Qeyd edək ki, amerikalı müğənni Ariana Qrande İngiltərənin Mançester şəhərindəki "Mançester arena"da konsert verərkən, son mahnısını ifa etdikdən sonra stadionda iki partlayış meydana gəlib. Nəticədə 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Polis hadisəni terror kimi dəyərləndirir. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.