Türkiyədə növbəti terror aktı törədilib


Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub, binaya hücum edən terrorçulardan biri məhv edilib. Türkiyə KİV-lərinin yaydığı xəbərdə bildirilir ki, 3 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, polis əməkdaşı isə yaralanıb.