Türkiyədəki partlayışla bağlı son xəbər

Türkiyə Silahlı Qüvvələri Kayseridə törədilən partlayışla bağlı açıqlama yayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb. Mülki şəxslər arasında da yaralıların olduğu bildirilir.

Xatırladaq ki, Bu günTürkiyənin Kayseri şəhərində yerli vaxtla saat 08.45 radələrində avtobusda partlayış qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.