FHN əməkdaşları Rus Pravoslav kilsəsini yanğından qorudu

Bu gün səhər saatlarında Nəsimi rayonu Salatın Əsgərova küçəsi 168 –də yerləşən mənzildə yanğın baş verib. SİA-nın verdiyi xəbərə görə yanğın baş verdiyi ərazi Rus Pravoslav kilsəsinə yaxındır. Yanğının kilsəyə keçməsinin qarşısı vaxtında alınıb. Hadisə yerinə gələn FHN-nin və PPX-nin əməkdaşları təhlükəsizlik tədbirlərinə əsasən yaxınlıqdakı vətəndaşları təxliyyə edib.

Müəllif: Mamed Bağırov