Baş nazirin müavini: “Biz bu faktı yoxlayıb, araşdırarıq”

Embed:
Paylaş:
15:37 16.02.2017  |  2062 dəfə baxılıb

“Azərbaycanın dərman bazarındakı bütün dərman preparatları idxal olunur. Təbiidir ki, bu müəyyən qədər bəzi hallarda dərmanların gətirilməsi, çatdırılması ilə bağlı azacıq problemlər yaradır”. Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədovun sözlərinə görə, bu gün dərman bazarında bir sabitlik mövcuddur: “Ola bilsin ki, hər hansı bir aptekdə kiminsə axtardığı dərman preparatı o aptekdə tapılmır, amma buna baxmayaraq digər aptektlərdə bu vardır. Bu istiqamətdə daxil olan siqnallar operativ şəkildə müvafiq qurumlar tərəfindən araşdırılır. Əgər depolarda dərmanlar varsa və onu pərakəndə satış mərkəzlərinə gətirib çatdırmırlarsa təbii ki, bu bizi narahat edir. Biz bu faktı yoxlayıb, araşdırarıq. Güman edirəm ki, onun həllini taparıq”.

Şərh yaz