Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd edildi

Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub. Türkiyə KİV-lərinin xəbərinə görə, səfir Andrey Karlov Ankaranın Çankaya rayonunda qatıldığı sərgidə silahlı hücuma məruz qalıb.  Sui-qəsdçinin polis işçisi olduğu bildirilir.

Hadisə şahidlərinin verdikləri məlumata görə, səfiri danışmaq üçün səhnəyə çağırılan zaman salondan kostyumlu bir nəfər silahı qaldıraraq "Hələbin hesabı sorulacaq", deyə bağırıb və dalbadal atəş açıb. Həmin şəxsin sərgi salonuna polis vəsiqəsi ilə daxil olduğu da iddia edilir.  

Sui-qəsd zamanı yaralıların olduğu bildirilir. Son dəqiqə bilgisinə görə, həmin sui-qəsdçi 40 dəqiqə sonra yaxalanıb. 

 

Şərh yaz