Diyarbəkirdə baş verən partlayışdan ilk görüntülər

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 1 nəfər ölüb, 30 nəfərdən çox insan yaralanıb.

Terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb. Partlayışdan sonra bölgədə atışma başlayıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. Hələlik ölən və ya yaralananların olub-olmadığına dair məlumat verilməyib.

İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.

Şərh yaz