Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi açılıb

 

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Mərkəzlə tanış olan dövlətimizin başçısına Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, burada ilk dəfə ölkədə tətbiq olunan elektron ərizə doldurma aparatı yerləşdirilib. Mərkəzə müraciət edən vətəndaş elektron ərizəni dolduraraq eyni vaxtda çap etdirə bilər. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz internetə daim açıq olan kompyuterlərlə təchiz edilib və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.

Qeyd edildi ki, binada əlillər üçün də bütün zəruri şərait yaradılıb. Binanın girişində onlar üçün xüsusi lift quraşdırılıb. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər bir mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulub və lövhələr onların oxuya biləcəkləri müvafiq hərflərlə hazırlanıb.

Mərkəzdə, həmçinin vətəndaşların qəbulunun elektron növbə əsasında həyata keçirilməsi üçün ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün 30 gənc seçilmiş və onlar təlimlərə cəlb olunublar.

Dövlətimizin başçısı könüllülərlə görüşdü.

Sonra Azərbaycan Prezidentinə məlumat verildi ki, mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərinin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq. Mərkəzin “Çağrı” xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən rüsum tablosu da quraşdırılıb. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçiriləcək. Bundan əlavə, mərkəzdə vətəndaşlara 22 növ funksional yardımçı xidmət göstəriləcək. Korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət prosesi fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaq. Xidmət prosesi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilib. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elan tabloları qurulub. Xidmətin “asan.gov.az” internet saytı vasitəsilə vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələr doldurma, sənədlərin müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb. “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Prezident İlham Əliyevə mərkəzin səyyar avtobusları ilə bağlı məlumat verildi.

Vurğulandı ki, “ASAN xidmət”in avtobusunda səyyar xidmət konsepsiyasının əsas komponentləri - alternativ enerji mənbələrindən istifadə olunması, nağdsız hesablaşmaların və şəffaflığın təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının gücləndirilməsi əksini tapıb. Bölgələrdə səyyar fəaliyyət göstərmək üçün “ASAN xidmət”in şəxsi heyəti və hərəkət vasitələri şimal və cənub qruplarına bölünəcək. Səyyar qrupların hər biri şəhər və rayonlarda 15 gündən bir ayadək vətəndaşlara xidmət göstərəcək. Qrup müvafiq şəhər və rayona daxil olarkən xidmətlərin həyata keçirilməsi üçün iki iş günü ərzində nəzərdə tutulmuş xüsusi məkanlarda yerləşdiriləcək.

Dövlətimizin başçısı səyyar xidmət avtobusu ilə tanış oldu.

Qeyd edildi ki, agentliyin xüsusi sifarişi əsasında Türkiyədə yığılan “Mercedes” markalı avtobus keyfiyyətli xidmətin göstərilməsi üçün yüksək zövqlə və bu qəbildən olan nəqliyyat vasitələrindən fərqli şəkildə hazırlanıb. İş prosesində sərf olunacaq elektrik enerjisini avtobusun üzərində quraşdırılan günəş panelləri təmin edəcək. Avtobusun üzərində quraşdırılmış böyük monitorda rüsumlar, növbələr, müxtəlif görüntülər, xidmətlər barədə məlumatlar nümayiş etdiriləcək. Avtobusda “ASAN xidmət”in 11 əməkdaşının eyni vaxtda vətəndaşlara xidmət göstərməsi üçün hər cür şərait yaradılıb. Həmçinin vətəndaşların yağışlı və ya günəşli havada növbə tutmaları üçün avtobusda rahat çadır da var. Avtobusun qoşqusunda isə “ASAN xidmət” əməkdaşlarının istirahəti və qidalanmaları üçün yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev mərkəzin həyətində İnnovasiyalar Mərkəzinin yeni texnologiyaları ilə tanış oldu.

Azərbaycan Prezidenti İlham Əliyevə innovasiyalı mərkəzləşdirilmiş parklanma sistemi barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, bu sistemin əsas məqsədi avtomatlaşdırılmış park sistemini tətbiq etməkdir. Bu sistemdən ABŞ və bəzi Avropa ölkələrində artıq istifadə olunur.

Sonda xatirə şəkli çəkdirdi.

Sara
15:51 03.03.2014

Salam. Hal hazırda Avtomobil Zavodu qəsəbəsində 4 sot həyət evimiz var. Ev mərhum atamın adınadır. Anamın adına keçirməkdə külli miqdarda vəsait tələb etdilər. Hansı orqana müraciət edək? Sizə müraciət etmək olar? Xahiş edirəm mənə bu problemin həlli yolunu göstərəsiniz. Təşəkkür

Simnuze
21:29 22.02.2014

salam olunun adina olan evi 3 adamin adina kupcalasdirmaq mumkundurmu?

samir
11:56 28.01.2014

mənim qardaşım Yunis Xudiyev rasiya vətəndaşıdır istəyır azərbaycan vətəndaşlıqı alsın bizə nə kimi köməklik edə bilərsiz

aynure
15:20 26.01.2014

salam.şəxsiyyətimin şəklini dəyişmək və xarici pasport almaq üçün hansı sənədlər nə qədər rüsum ödənməlidir?

Shahin
23:34 24.01.2014

Salam orta tehsilliyem. pravam vayenni biletim var. masin surmeyi bacariram. oz masinimda var. menim ucun bir varsa zeng etses sevinerem 055.938.13.12

pərvin
00:26 24.01.2014

salam mən məsimova pərvin yusif qizi 1985 ci ildə gəncə şəhərində doğulmusam orta təhsiliyem 1 (bir) övladim var 3 yaşi var işləmirəm yoldaşimla rəsmi nikahim olmayib ayrilmişiq imkanim cox azdi sosial yardim almaq isteyirem münkundumu? ve asan xidmete müraciət edə bilərəmmi? hansi sənədləri hazirlamaq lazimdi? xaiş edirem cavablandirasiniz? cox saqolun

Gulnare
20:32 21.01.2014

bizim babadan qalma evi nece qardasimin adina kecirde bilerik bunun ucun hansi senedler lazimdi

AQIF
22:16 19.12.2013

xais edirem buna cavab ver

memmed
18:23 17.12.2013

saat neceyeye qeder isleyir axi

Gunel
23:25 11.12.2013

Salam men Muradova 12.08.1990-ci ilde baki anadan olmu$am hal hazirda i$lemurem ixtisasim muhasibatdi ev.nom012 448 54 78 xahi$ edirem meni i$e qebul edesiz

Banu
18:40 05.12.2013

Salam,men ali tehsilliyem,Gencede asan xidmete iwe qebul ucun hara muraciet etmeliyem? cavablandirsaz sevinerem,onceden tewekkurler

Ilqar
19:26 03.12.2013

Salam.Özum qaçqinam ,Abşeron r. qeydiyyatındayam.Yoldaşim yerlidi.Rayonda qeydiyyatdadir.Zaqsımız da var.Aile qurandan sonra yaşadığımız evi tikdirdik.Evin senedi yoxdur.hansımızın adına keçirde bilerik.Hansı senedler lazımdır və nə qədər xərci var.Xahiş edirem cavablandırasız.

baki
23:10 14.11.2013

bilen varsa yazsin xahis edirem

baki
23:10 14.11.2013

gencede asan xidmet acilibsa haradadir?

Gunay
19:23 03.11.2013

Salam.coox tessufki bacimin gozleri zeifdir,30% gormesi qalib,sizde goz pensiyasi duzeltdirmek olarmi? xahiw edirem cavab yazin.

arzu
23:16 22.10.2013

Salam.men ali tehsilliyem.Gence seherinde fealiyyet gosteren Asan xidmete isle bagli nece muraciet ede bilerem ve bos vakant yerler haqda nece melumat elde ede bilerem?cox xahis edirem sualimi cavablandirasiniz.onceden minnetdaram.Memmedov Arzu

FUAD
18:44 22.09.2013

salam Xachmazda yada Qubada "ASAN" ne vaxt fealiyyete baslayacaq

Tural
17:15 18.09.2013

men Asan xidmetde iwlemek isteyirem.ali tehsilliyem.BDU bitirmiwem.055 467 25 25

hikmet
14:05 05.09.2013

salam men asan xidmete cv mi yollamisam amma bir xeber yoxdu ne vaxt ise cagiracagsiniz?gence

Leyla
01:09 30.08.2013

Asan Xidmet Gencede ne vaxt fealiyyete bawliyacaq?

Nise
20:57 08.08.2013

Salam men aileliyem ,kirayede qaliram .dasinmaz emlakim ve yaxud mal-qaram yoxdur .kanpensasiya dusur mene. Elaqe nomrem 070518223940 ve 0709347148-e zehmet, olmasa elaqe saxliyasiniz saq olun.

FIZULI
20:51 23.07.2013

"ASAN xidmet" avtobusu GENCEDE ne vaxt xalqa xidmet edecek?

MARAL
19:46 11.07.2013

menim bir anam var ona deyirlerki sene sosiyal yardim dusmur axi niye xahis edirem bize komeklik edin.

MARAL
19:46 11.07.2013

salam. sizden bir xahisim var sosiyal yardimla bagli hansi senet lazmdir.

Huseyn
16:32 15.06.2013

salam! menim ayliq gelirim 280 azn di, ailede 4 neferik , tek men isleyirem, mene sosial yardim dusurmu, ve hansi senedler lazimdi?

wole
13:25 15.06.2013

Salam.zehmet olmasa mene asan xidmetin binegedi rayon.uzre unvanini izax ederdiniz.cox minetdar olaram.

wole
13:25 15.06.2013

Salam.bayraminiz mubarek ilk novbede.zehmet olmasa mene asan xidmetin binegediye baxan unvani harda yerlewdiyini izax ederdiniz.cox minetdar olaram.mumkunduse.coxsagolun

emin
17:05 06.06.2013

xarici pasport almaq ucun hansi senedler lazimdir

emin
17:05 06.06.2013

xarici pasport almaq ucun hansi senedkler lazimdir

Senan
21:54 03.06.2013

salam sizden bir xahisim var. Dostum ücün sosial yardım cixarda bilərmmi? Dostum Quba-Rustov kəndində qeydiyyatdadı. Zehmet olmasa bu haqda məlumat verərdiz.

Şərh yaz